AZ

Azərbaycanda qazlaşdırılma səviyyəsi 96,6 faizə çatıb

Dogru.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Respublika üzrə qazlaşdırılma səviyyəsi 96,6 faiz təşkil edir.

Doğru.az xəbər verir ki, bu barədə sorğusuna cavab olaraq SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev məlumat verib.

Bildirilib ki, cari il ərzində 14 kəndə və 17 yaşayış massivinə qaz verilib, qaz xətlərinin tikintisi işləri tam başa çatdırılıb.

Qeyd olunub ki, hazırda 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir. Eyni zamanda, 19 kənd və 4 massivdə qazlaşdırma işləri davam etdirilir.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
dogru.az

2Mənbələr