II Liqada 13-cü tur start götürüb.
Sportinfo.az xəbər verir ki, ilk oyun gününə 3 matç nəzərdə tutulsa da, 2 oyun keçirilib.
"Şəki Siti" "Qaradağ Lökbatan"la oyuna çıxmaqdan imtina edib. Məsələnin səbəbi isə hələlik açıqlanmayıb.
"Kür-Araz" "Araz-Saatlı"ya böyük hesabla qalib gəlib. "Quba" isə "Şəmkir" üzərində qələbə qazanıb.
“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar: Y.Yusubov, 48 - E.Məmmədov, 7, 88, B.Əliyev, 21, 31
Saatlı OİK stadionu
“Qaradağ Lökbatan” – “Şəki Siti” - Baş tutmayıb
Lökbatan OİK stadionu
“Şəmkir” – “Quba” 0:1
Qol: Q.Sabirli, 84
Şəmkir OİK stadionu
16 dekabr (çərşənbə axşamı)
14:00. “Xankəndi” – “Ağstafa Gəncləri”
14:30. “Göygöl” – “Şirvan”
14:30. “Ağdaş” – “Dinamo”
