AZ

Alman avtomobil konserni zavodunu bağlayır

ain.az bildirir, 525.az portalına istinadən.

Almaniyanın dünyada məşhur "Volkswagen Group" avtomobil konserni bu gündən etibarən  Drezdendeki zavodunu bağlayır.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb kimi avtomobil bazarındakı durğunluq və ABŞ höküməti tərəfindən tətbiq olunan vergilərdir. 

Bu gün son avtomobili konveyerdən buraxacaq zavod 20 il əvvəl fəaliyyətə başlamışdı. Sabahdan etibarən isə zavod Drezden Texniki Universitetinə icarəyə veriləcək. Həmçinin, turistlərin ixtiyarına buraxılacaq. 

Qeyd edək ki, son 88 ildə ilk dəfə ona məxsus istehsal müəssisəsinin fəaliyyətinə son qoyacaq "Volkswagen Group" avtomobil istehsalına görə dünyada ikinci yerdədir. Hər il 9 milyona yaxın avtomobil satan şirkət yalnız "Toyota Motors"dan geri qalır.

L.Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
138
525.az

1Mənbələr