AZ

"Araz-Naxçıvan"ın forvardı Almaniya klubunda? - SON DURUM

"Araz-Naxçıvan"ın hücumçusu Ba-Muaka Simakalanın Naxçıvan təmsilçisindəki taleyi qeyri-müəyyəndir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasovun da gözaltı etdiyi almaniyalı forvard həm Azərbaycan, həm də Almaniyanın 2-ci Bundesliqa klublarından real təkliflər alıb.

İndiki klubunun yeni müqavilə ilə bağlamaq təklifinə hələ "hə" deməyən forvard öncə digər variantları nəzərdən keçirməkdə maraqlıdır. Ba-Muaka daha çox maaşa layiq olduğunu düşünür, meneceri isə "Araz"da qənaətbəxş performansla diqqət çəkən müştərisinin gəlirinin artmasına yardımçı olmağa çalışır.

Düzdür, Abasov "Neftçi"dən ayrıldığı üçün ön xətt oyunçusunun yayda "ağ-qaralar"a qoşulmaq ehtimalı minimuma enib, amma digər iki MPL və bir Almaniya təmsilçisinin Simakala ilə güclənmək planları yetərincə realdır. Bütün hallarda, 14 yaşından Mönhenqladbax "Borussiya"sında olan, bu klubun əsas komandasında cəmi 1 rəsmi matça çıxan 28 yaşlı futbolçunun yanvarda iş yerini dəyişəcəyi gözlənilmir.

Qeyd edək ki, Simakalanın "Araz-Naxçıvan"la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

Nihat

Seçilən
37
1
fanat.az

2Mənbələr