AZ

Bahrom Usmonov: Azərbaycan–Özbəkistan dostluğu ortaq tarix və mənəvi dəyərlərə söykənir

Bakı, 16 dekabr, Günel Alıyeva, Tofiq Babayev, AZƏRTAC

Azərbaycanla Özbəkistanı ortaq tarix, dil kökü, mədəniyyət və mənəvi dəyərlər birləşdirir. Xalqlarımızın bir-birinə qardaş münasibəti ilə yanaşması bu yaxınlığın ən bariz göstəricisidir. Bu bağlılıq təkcə keçmişin mirası deyil, eyni zamanda bu gün uğurla davam edən əməkdaşlığın və gələcəyə yönəlmiş birgə planların möhkəm təməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın tanınmış teatr və kino aktyoru, Özbəkistan Mədəniyyət Nazirliyinin şöbə müdiri Bahrom Usmonov bildirib.

Onun sözlərinə görə, Özbəkistanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan özbək qardaşlarımız bu birliyin canlı nümunəsidir. “Qarşılıqlı hörmət, səmimi münasibətlər və ortaq arzular ölkələrimiz arasında əlaqələri daha da gücləndirir. Biz birlikdə çalışır, bir-birimizin mədəniyyətinə dəyər verir, gələcəyə eyni ümidlə baxırıq”, – deyə o, qeyd edib.

Bahrom Usmonov vurğulayıb ki, Türk dünyasında, o cümlədən qardaş ölkələr arasında dostluq münasibətlərinin qorunması bu gün daha böyük əhəmiyyət kəsb edir: “Bu cür münasibətlər həm mədəni körpüləri möhkəmləndirir, həm də xalqlarımızın birliyini, könül bağlılığını və ortaq məqsədlərini dünyaya nümayiş etdirir”.

Seçilən
98
1
azertag.az

2Mənbələr