ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Avropa Ukraynada nasizm ideologiyasını və praktikalarını dirçəldir, eyni zamanda ölkəni silahlandırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə bildirib. Müsahibə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.
Lavrovun sözlərinə görə, ən təhlükəli və narahatedici məqam ondan ibarətdir ki, Avropada, xüsusilə Brüsseldə, eləcə də Berlin, London və Parisdə nasizm nəzəriyyəsi və təcrübəsinin dirçəlməsi müşahidə olunur.
Nazir qeyd edib ki, bu yanaşma Ukraynada mövcud olan nasist xarakterli addımlara açıq etinasızlıq şəklində özünü göstərir. Onun fikrincə, Baltikyanı ölkələr də bu prosesin fəal iştirakçıları sırasındadır.
Diplomat həmçinin vurğulayıb ki, Kiyev Rusiyaya qarşı hərbi əməliyyatları Avropa maliyyə vəsaitləri, Avropa təlimatçıları, eləcə də Qərb və Avropa kəşfiyyat strukturlarının dəstəyi ilə həyata keçirir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.