Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Distant təhsil məsələsi gündəmə gələcək. Çünki biz ona səmərəlilik- planlaşdırma xərcləri və prosesin rahatlığı baxımından baxırıq. Eyni zamanda, uşaqların, müəllimin öz kəndindən, yaşadığı məntəqədən uzaqlaşmadan distant təhsilinin mümkün olub-olmaması məsələsinə nəzər yetiririk”.
Redaktor.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev REAL TV-də yayımlanan "Vacib Sual" verilişində səsləndirib.
Onun fikrincə, bu model mümkündür və icra olunacaq:
“Amma bilirsiniz ki, müəyyən mənada hər zaman belə olur: əvvəlcə bir ideya yaranır, sonra ideyanın icrasına başlanılır, icranın ilkin mərhələlərində müəyyən problemlər ortaya çıxır, daha sonra korreksiyalar edilir, proses tədricən yaxşılaşır və müəyyən mənada mükəmməlliyə doğru inkişaf edir. Uzun sözün qısası, bu model gündəmdədir və düşünürəm ki, növbəti tədris ilindən belə bir pilot model tətbiq olunacaq. Yəni uşaqları daşımadan, onların öz yaşadıqları ərazidə bu modelin tətbiqi nəzərdə tutulur.
Dünyanın bir çox yerlərində də bu model artıq tətbiq olunur. Çox yaxşı xəbər odur ki, hazırda demək olar ki, bütün yaşayış məntəqələrimizdə məktəblər fiber-optik internetlə təmin olunub. Eyni zamanda, müvafiq avadanlıqlarla təchizat məsələsini də həll etsək – inanırıq ki, növbəti təqvim ilində bunu həll edəcəyik - növbəti tədris ilindən etibarən bu modelin tətbiqini planlaşdıra biləcəyik”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.