AZ

Zelenski Berlin görüşündən danışdı

“Berlində Ukrayna və Amerika nümayəndə heyətləri arasında danışıqlar məhsuldar oldu, lakin sülh üçün hələ də işləmək və görüşmək lazımdır”.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski görüşdən sonra bildirib.

“Komandalarımız işləməyə davam edir. Çox detallar var. Biz müharibəni bitirmək üçün çalışmalıyıq”, - Zelenski vurğulayıb.

Qeyd edək ki, dekabrın 14-ü Ukrayna Prezidenti Volodimir Zelenski Berlində ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner ilə görüşüb. Danışıqlar bu gün də davam edib.

"Cebheinfo.az"

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr