AZ

Putin hərbçilərlə bağlı qərar imzaladı

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin SVO (xüsusi hərbi əməliyyat) iştirakçıları və onların ailə üzvləri üçün kredit tətilinin müddətinin uzadılmasını nəzərdə tutan qanunu imzalayıb.

Globalinfo.az xəbər verir ki,bu barədə rəsmi hüquqi informasiya portalında sənəd dərc olunub.

Məlumata görə, xüsusi əməliyyat iştirakçıları, onların ailə üzvləri, eləcə də rəhbərləri səfərbərliyə cəlb edilmiş kiçik və orta sahibkarlıq subyektləri 31 dekabr 2026-cı il tarixinədək kreditorlara müraciət edərək kredit ödənişlərinin təxirə salınmasını tələb edə biləcəklər.

Qeyd edək ki, əvvəlki qanunvericiliyə görə bu imkandan istifadə müddəti 2025-ci ilin sonunadək müəyyən edilmişdi.

Yeni dəyişiklik kredit öhdəlikləri olan SVO iştirakçıları və onların ailələrinin maliyyə yükünü azaltmağı hədəfləyir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
114
globalinfo.az

1Mənbələr