AZ

Bermud sahillərində misli görünməmiş kəşfə imza atıldı

ain.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Alimlər Bermud adaları sahillərində dünyada misli görünməmiş kəşfə imza atıblar.

Metbuat.az xəbər verir ki, okean qabığının altında təxminən 20 kilometr qalınlığında qaya təbəqəsi kəşf edilib. Məlumata görə, bu kəşf, 31 milyon ildir vulkanik aktivlik müşahidə edilməyən adanın niyə suyun üzərində qalmasının səbəbini ortaya çıxara bilər. Tədqiqatçıların sözlərinə görə, mantiya təbəqəsi normalda birbaşa okean qabığının altında yerləşsə də, Bermud adaları sahillərində tektonik lövhənin içərisində əlavə bir qaya təbəqəsi var. Alimlər hesab edir ki, bu struktur aşağı sıxlığına görə okean dibini yuxarıda saxlayır. Mütəxəssislərin fikrincə, bu təbəqə milyonlarla il əvvəl vulkanik fəaliyyət zamanı mantiya materialının yer qabığına yerləşib donmasıyla əmələ gəlmiş ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
1
metbuat.az

10Mənbələr