AZ

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımları müsbət qiymətləndirir.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvien deyib.

Diplomat Ermənistan–Türkiyə münasibətlərində son dövrlərdə müşahidə olunan müsbət dinamikanı qeyd edərək, qarşılıqlı rəsmi səfərlərin və dialoqun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Onun sözlərinə görə, bu proses regionda etimadın möhkəmlənməsinə və sabitliyin təmin olunmasına töhfə verir.

Kristina Kvien bildirib ki, Türkiyə TRIPP təşəbbüsündə mühüm rol oynayır və ABŞ bu format çərçivəsində regional əməkdaşlığın genişlənməsini dəstəkləyir.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
globalinfo.az

1Mənbələr