AZ

Avropa İttifaqı 40 Rusiya tankerini qara siyahı ya salıb

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas xarici işlər nazirlərinin toplantısından sonra keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, nazirlər bu tankerlərə qarşı sanksiyaların tətbiqi barədə razılığa gəliblər. Kallas bildirib ki, Aİ bundan sonra böyük sanksiya paketlərini gözləmədən tankerlərə qarşı adi qaydada məhdudiyyətlər tətbiq etməyi planlaşdırır. Xatırladaq ki, 23 oktyabrda Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qüvvəyə mindirib. Həmin paket çərçivəsində ilk dəfə Rusiyanın qaz sektoru hədəf alınıb və rus diplomatlarının hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda, Rusiya neftini daşıyan 117 xarici bayraqlı tankerə də sanksiyalar tətbiq edilib. Estoniya Xarici İşlər Nazirliyi isə Aİ-nin artıq Rusiyaya qarşı 20-ci sanksiyalar paketi üzərində işlədiyini açıqlayıb. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
azvision.az

1Mənbələr