AZ

Luvrda maaşlara görə tətil elan olundu

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Luvr muzeyi bu gün bağlanıb.

Axşam.az xəbər verir ki, muzeyin rəsmi saytında yerləşdirilən məlumata görə, təxminən 400 əməkdaş maaşın aşağı olması və zəif iş şəraiti səbəbilə tətil edib.

Qeyd edək ki, son aylarda Luvrda bir sıra problemlər qeydə alınıb. 19 oktyabrda muzeydə oğurluq hadisəsi baş verib, noyabrda isə Kampana qalereyası tavan şüalarının dağılma riski səbəbilə bağlanıb. Elə həmin ay muzeydə su borusu partlayıb və nəticədə Misir qədim abidələri şöbəsinin kitabxanasında 300-400 kitab zədələnib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
101
2
axsam.az

3Mənbələr