AZ

Ukrayna–ABŞ danışıqları Zelenskinin iştirakı olmadan davam edir

Berlində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar Ukrayna prezidenti Volodimir Zelenskinin iştirakı olmadan davam etdirilir.

Editor.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, Kiyev və Vaşinqton nümayəndələri 2025-ci il dekabrın 15-də Almaniyanın paytaxtı Berlində görüş keçiriblər. Görüş zamanı ABŞ prezidenti Donald Trampın irəli sürdüyü 20 bəndlik sülh planı müzakirə olunub.

Təxminən iki saat davam edən ilkin görüşdə Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edib. Sammitdən sonra Zelenski danışıqları məhsuldar adlandıraraq, şərəfli sülhə nail olmaq üçün əlavə görüşlərə və intensiv işə ehtiyac olduğunu bildirib.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov da tərəflərin danışıqlar zamanı əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edib. Ağ Ev nümayəndələri də görüşü müsbət və konstruktiv qiymətləndiriblər.

Qeyd edək ki, Kiyev və Vaşinqton arasında danışıqların ilk raundu dekabrın 14-də Berlində baş tutub. Danışıqlardan öncə Volodimir Zelenski Ukraynanın ABŞ və Avropa tərəfindən etibarlı təhlükəsizlik zəmanətləri alacağı təqdirdə NATO-ya üzvlükdən imtina etməyə hazır ola biləcəyini bəyan edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
74
50
editor.az

10Mənbələr