ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.
Macarıstan hökuməti Avropa İttifaqının süni intellektlə bağlı tənzimləmələrinin ölkə daxilində icrasını təmin edəcək yeni ali qurumun yaradıldığını elan edib.
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Energetika Nazirliyində keçirilən təsis iclasında Macarıstan Süni İntellekt Şurası fəaliyyətə başlayıb.
Şuraya süni intellekt üzrə hökumət komissarı Palkoviç Laslo rəhbərlik edəcək, baş katib vəzifəsi isə “Neumann” Texnologiya Platformasının texnoloji tənzimləmə rəhbəri Vayda Viktoraya həvalə olunub.
Yeni qurum Aİ-nin “AI Act” adlı süni intellekt qaydasının Macarıstanda tətbiqinə nəzarət etməklə yanaşı, strateji qərarların hazırlanmasına da dəstək verəcək. Palkoviç Laslo bildirib ki, süni intellekt yalnız dövlət qurumlarının məsuliyyətində qala bilməz. Buna görə də şurada elm, akademik mühit, universitetlər, nəzarət orqanları və iqtisadi sektorun nümayəndələri bir araya gətirilib. Bu geniş və üfüqi struktur sahə üzrə yaranan bütün məsələlərə kompleks yanaşmanı təmin etməlidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.