AZ

“Fənərbağça”da ayrılıq siyahısı bəlli oldu

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Fənərbağça”da yeni mövsüm planlaması çərçivəsində mühüm qərarlar verilib.

Fanat.Az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko komandada düşünmədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim edib.

Məlumata görə, siyahıda bir neçə tanınmış ad yer alır. Klubdan ayrılması gündəmdə olan futbolçular bunlardır: Yusuf En-Nesri, Sebastian Şimanski, Rodriqo Bekao, Emre Mor və İrfan Can Eyribayat.

Qeyd olunur ki, “Fənərbağça” rəhbərliyi bu oyunçularla bağlı gələn təklifləri dəyərləndirməyə hazırdır. Yaxın günlərdə sözügedən futbolçuların gələcəyi ilə bağlı rəsmi addımların atılacağı gözlənilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
1
fanat.az

2Mənbələr