AZ

Balakəndəki qəzada xəsarət alanların SON DURUMU

Bizim media saytından alınan məlumata görə, ain.az bildirir.

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

MÖVZU İLƏ BAĞLI: 

Balakəndəki qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb - RƏSMİ

Bizim.Media xəbər verir ki, bu barədə Balakən Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb.Yaralılara qarının küt travması, sol bud-çanaq sümüyünün sınığı, daxili qanaxma diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

 

Vəziyyəti ağır qiymətləndirilən 1994-cü il təvəllüdlü şəxs cərrahi əməliyyata qəbul olunub. 1994-cü il və 2003-cü il təvəllüdlü şəxslərin müalicələri Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 1995-ci il təvəllüdlü şəxsin (kişi) xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
56
1
bizim.media

9Mənbələr