AZ

“Ribeyro ilə Romalinqom arasında gərginlik oldu” “Sumqayıt”ın məşqçisi

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 15-ci turunun son qarşılaşmasında “Sumqayıt” “Neftçi” ilə heç-heçə etdi – 2:2. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında “Sumqayıt”ın məşqçisi Şahin Abdullayev iştirak edib.- Ağır oyun idi. Oyundan əvvəl planımız var idi. Yeni məşqçi gəlib deyə, daha motivasiyalıydılar. 60-65-ci dəqiqəyə qədər belə oldu. Bundan sonra bəzi dəyişikliklər etdik. Planımız üzrə getdi hər şey.- Nadir Orucov start heyətində başlasaydı, daha yaxşı olmazdı?- Nadir ən yaxşılardan idi. Təcrübə baxımından çətinlik çəkə bilərdi. Həm də səfər idi.- Ardıcıl üçüncü oyundu “Sumqayıt”ın texniki zonasının qarşısında aləm bir-birinə dəyir. Bu aqressivlik nədəndi?- Aqressivlik deyil. Ötən oyun aqressivlik olmadı. Rəqib futbolçular bizim tərəfə cummuşdu. Ribeyro ilə Romalinqom arasında gərginlik oldu.- Xəyal nə əcəb ikinci oyundu “çərçivə”dədi?- Ötən oyun Mehdinin boynu ağrıdı. Məşqçidən xahiş etdi. Xəyalın təcrübəsi var.MÜZƏFFƏR QULUZADƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
1
icma.az

2Mənbələr