PSJ-nin “Mets” üzərində 3:2 hesablı gərgin qələbəsindən sosial şəbəkələrdə maraqlı video yayılıb.
Publika.az xəbər verir ki, natçın ən yaxşı oyunçusu mükafatını iki məhsuldar ötürmə ilə Paris klubunun qələbəsinə böyük töhfə verən İbrahim Mbaye olub. Ona titulu balaca bir azarkeş təqdim edirdi. Bu mərasimi emosional səhnəyə çevrilib.
Gənc azarkeş yarımmüdafiəçiyə layiq olduğu mükafatı təqdim etməklə kifayətlənməyib, fürsətdən istifadə edərək ondan formasını da hədiyyə etməsini xahiş edib. Mbaye bu istəyi geri çevirmədi və məhz bundan sonra emosiyalar zirvəyə çatıb. Sevincli uşaq futbolçunu üç dəfə qucaqlayıb, sonda isə yanağından öpərək PSJ-nin gənc istedadını bir qədər utandırıb.