Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Elçin Əmirbəyov Niderlandın xarici ticarət və inkişaf naziri Aukye de Vris ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Niderland rəsmisi özünün "X" səhifəsində məlumat yayıb.
Məlumata görə, görüş zamanı Azərbaycan və Niderland arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, su, kənd təsərrüfatı və dənizçilik sektorlarındakı imkanlar barədə fikir mübadiləsi aparılıb.
Həmçinin, görüş zamanı Cənubi Qafqazdakı geosiyasi proseslər də müzakirə olunub.