AZ

Türkiyədə tanınmış jurnalistlərin narkoloji test nəticəsi məlum oldu

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaq zamanı saxlanılan "HaberTürk" telekanalının keçmiş baş redaktoru Mehmet Akif Ersoyun narkotik testinin nəticəsi müsbət çıxıb.

Moderator.az bu barədə "En Son Haber" saytına istinadən xəbər verir.

Eyni təhqiqat çərçivəsində narkoloji testdən keçirilən "HaberTürk" telekanalının aparıcısı Ela Rümeysa Cebecinin də test nəticəsi müsbət olub. Onun test nəticəsində çətənə və kokain maddələri aşkarlanıb.

Eyni iş üzrə saxlanılan televiziya aparıcısı Meltem Acetin narkoloji test nəticəsi isə mənfi olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
7
moderator.az

8Mənbələr