ain.az, Demokrat.az saytına istinadən bildirir.
"Payız-qış mövsümü nəzərə alınsa, son dövrlər bağçaya və məktəbə gedən uşaqlar arasında müxtəlif infeksion xəstəliklərin yayılması müşahidə olunur. Xüsusilə yuxarı tənəffüs yollarının virus infeksiyaları, qrip və paraqrip, eləcə də bağırsaq infeksiyaları geniş yayılıb. Enteroviruslar isə uşaqlarda ishal və qarın pozuntularına səbəb olur".Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Şahvələd Məmmədov deyib.O, bildirib ki, bu infeksiyaların qarşısının alınması üçün həm valideynlər, həm də bağça və məktəb rəhbərliyi məsuliyyətli davranmalıdır:"Kollektivlərdə, sinif və bağça qruplarında hər hansı uşaqda infeksiya əlamətləri aşkar edildikdə, həmin uşaq dərhal təcrid olunmalı və evə göndərilməlidir ki, xəstəlik digər uşaqlara yoluxmasın. Eyni zamanda, yoluxma riskinin yüksək olduğu dövrlərdə qoruyucu maskalardan istifadə, gigiyena qaydalarına əməl edilməsi və uşaqların sağlamlıq vəziyyətinə nəzarət vacibdir".Ekspert bildirib ki, bağça rəhbərliyi ilk simptomlar görünən kimi valideynlərlə dərhal əlaqə saxlamalı, uşağın infeksiyaya şübhəli olduğu barədə məlumat verməli və onu valideynlərinə təhvil verməlidir:"Bu cür operativ tədbirlər infeksiyaların yayılmasının qarşısını almaqda mühüm rol oynayır".Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.