AZ

Tailandda növbədənkənar parlament seçkisi keçiriləcək

Tailandın Mərkəzi Seçki Komissiyası ölkənin qanunverici orqanı olan Nümayəndələr Palatasına növbədənkənar parlament seçkisinin fevralın 8-nə təyin olunması barədə planı təsdiqləyib.

AZƏRTAC Tailand mediasına istinadla xəbər verir ki, növbədənkənar seçkinin keçirilməsi barədə qərar dekabrın 12-də parlamentin buraxılması ilə bağlıdır. Deputatlığa namizədlərin irəli sürülməsi üçün müraciətlər dekabrın 27-31-də qəbul ediləcək. Partiya siyahıları və Baş nazir vəzifəsinə namizəd siyahıları üçün müraciətlər dekabrın 28-31-də qəbul olunacaq.

Qeyd edək ki, Tailandın hazırkı parlamenti 2023-cü ilin mayında keçirilən ümumi seçkilərdən sonra formalaşıb. Dekabrın 12-də Tailand kralı Maha Vaciralonqkorn parlamentin buraxılması barədə fərman imzalayıb. Ölkə qanunlarına əsasən parlament buraxılandan 45-60 gün sonra növbədənkənar seçki keçirilməlidir. Parlament seçkisinin nəticələri elan olunduqdan sonra yeni hökumətin tərkibi formalaşacaq.

Seçilən
22
2
yeniazerbaycan.com

3Mənbələr