AZ

Avropa Birliyi Şurası hibrid təhdidlərə görə 12 şəxsə və 2 quruma sanksiya tətbiq edib



Avropa İttifaqı (Aİ) Şurası Rusiyadan qaynaqlanan hibrid təhdidlər səbəbindən 12 şəxs və 2 qurumun sanksiya siyahısına əlavə edildiyini açıqladı.
Aİ Şurası sanksiyalarla bağlı yazılı bəyanat yayıb.

Bəyanata görə, Aİ Şurası Rusiyanın davam edən hibrid fəaliyyəti, o cümlədən Xarici Məlumatların Manipulyasiyası və Müdaxiləsi (XİM) və Aİ-ni, onun üzv dövlətlərini və tərəfdaşlarını hədəf alan zərərli kiber fəaliyyətləri kontekstində daha 12 şəxsə və 2 quruma qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək qərarına gəlib.
Beləliklə, Aİ Şurası sanksiya siyahısına "Kremlin siyasət və mesajlaşma aparatı ilə sıx əlaqəli və ya əlaqəli qurumlarda, beyin mərkəzlərində və universitetlərdə çalışan aparıcı xarici siyasət analitiklərini, eləcə də Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı Rusiyayönlü təbliğat və sui-qəsd nəzəriyyələrini, Ukrayna əleyhinə və NATO əleyhinə ritorikanı yayan şəxsləri" əlavə etdi.

Aİ həmçinin "Beynəlxalq Russofil Hərəkatı"nı və Kalininqradda yerləşən 142-ci Ayrı Elektron Müharibə Batalyonunu Rusiya hökuməti adından qlobal miqyasda sabitliyi pozan hekayələr yaymaqda ittiham edərək sanksiyalaşdırdı.

Bu batalyon qısa dalğalı rabitə sistemlərini pozmaq və elektron müharibə təlimləri keçirmək üçün texnologiyalardan istifadə etməkdən məsul olduğu və bəzi Aİ üzv dövlətlərində son GPS siqnalının pozulması ilə əlaqəli olduğu bildirilir.

Bugünkü siyahıya Rusiya Hərbi Kəşfiyyat İdarəsinin (QRU) üzvləri və "Kadet Blizzard" kibertəhdid qrupunun üzvləri də daxildir.

Bu şəxslər Ukrayna dövlət qurumlarına qarşı kiberhücumlarda iştirak etməkdə, eləcə də həssas məlumatlar əldə etmək və siyasi sabitliyi pozmaq məqsədi ilə Aİ üzv dövlətlərini və NATO müttəfiqlərini hədəf almaqda ittiham olunurlar.

Bugünkü qərarla Rusiyanın "sabitliyi pozan" fəaliyyətlərinə görə tətbiq edilən məhdudlaşdırıcı tədbirlər artıq ümumilikdə 59 şəxs və 17 qurumu əhatə edir.

Sanksiya siyahısındakıların aktivləri dondurulub və Aİ vətəndaşları və şirkətlərinə bu şəxslərə və qurumlara vəsait, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır.

Şəxslər həmçinin Aİ ərazisinə girişi və tranziti qadağan edən səyahət qadağalarına məruz qalırlar.

aia.az
Tərcümə şöbəsi



Seçilən
83
aia.az

1Mənbələr