Milli Şuranın üzvü Gültəkin Hacıbəyli 5 il müddətinə Türkiyədən deport olunacaq. Bu barədə qərar artıq ona təqdim edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə G.Hacıbəyli sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, ona artıq 5 il müddətinə Türkiyədən deport olunmasıyla bağlı rəsmi qərar təqdim olunub.
G.Hacıbəyli qeyd edib ki, 3 gün öncə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Geri Göndərmə Mərkəzinə parılıb:
“Aldığım məlumata görə, bu mərkəzdə saxlanılanlar adətən daha qısa müddətdə burada tutulurlar. Ona görə də belə bir təəssürat yaranır ki, mənim məcburi qaydada Azərbaycana göndərilməyim üçün hansısa hazırlıq işləri aparılır”.