AZ

Balakəndə iki avtomobil toqquşub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Balakən, 15 dekabr, Rasim İslamoğlu, AZƏRTAC

Balakən rayonunun Talalar kəndi ərazisində axşam saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupuna istinadla bildirir ki, hərəkətdə olan “VAZ-2106” və “VAZ-21015” markalı avtomobillər toqquşub. Qəza nəticədə “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov xəsarət alıblar.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Seçilən
89
18
azertag.az

10Mənbələr