Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası baş verib.
İdmanxeber.az xəbər verir ki, “Qaziantep” Burak Yılmazla yollarını ayırıb. 40 yaşlı mütəxəssis öz istəyi ilə istefa verib və rəhbərlik qərarı qəbul edib.
Qeyd edək ki, Burak Yılmaz avqustun 19-da baş məşqçi təyin olunmuşdu. Komanda 16 turdan sonra 23 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.