AZ

Fələstin torpaqlarını ələ keçirən israillilər Əl-Əqsa məscidinə basqın ediblər



Yəhudi təqviminə görə dünən başlayan və bir həftə davam edəcək Hanuka (İşıqlar Festivalı) zamanı ekstremist yəhudilər tərəfindən Əl-Əqsa məscidinə təxribatçı basqınlar artıb.
Fələstin torpaqlarını qəsb edən israillilər, "Hanukka bayramı" bəhanəsi ilə işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqın etdilər.

İsrail polisinin himayəsi altında fanatik yəhudilər Əl-Əqsa məscidinin cənub-qərbindəki əl-Məğaribə (Mərakeş) qapısından keçərək Hərəm əş-Şərifə daxil oldular və məscidin həyətində Talmud ayinlərini yerinə yetirdilər.
Yəhudi təqviminə görə, dünən başlayan və bir həftə davam edəcək Hanuka (İşıqlar Festivalı) bayramında ekstremist yəhudilər tərəfindən Əl-Əqsa məscidinə edilən təxribatçı basqınlar artmaqdadır.

İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanan sülh müqaviləsinə əsasən, Əl-Əqsa məscidi İordaniya Vəqflər, İslam İşləri və Müqəddəs Yerlər Nazirliyi ilə əlaqəli olan Qüds İslam Vəqf İdarəsinin himayəsindədir.

2003-cü ildən bəri israillilər müqəddəs məkan olan Əl-Əqsa məscidinə, İdarənin icazəsi olmadan və İsrailin birtərəfli qərarı əsasında polis müşayiəti ilə daxil olurlar. Qüds İslam Vəqf İdarəsi bu girişləri basqınlar kimi təsvir edir və onların müsəlman suverenliyini pozduğunu vurğulayır.

İsraillilər Qiblə Məscidi, Qaya Günbəzi, eləcə də muzey, mədrəsələr (dini məktəblər) və böyük bir həyəti əhatə edən Əl-Əqsa Məscidi kompleksinin altında qazıntı işləri aparır və iddia edirlər ki, "Süleyman Məbədinin qalıqları orada yerləşir".

İsrail hökuməti Əl-Əqsada tarixi status-kvonu qoruyur, burada "yalnız müsəlmanlar ibadət edə bilər, digər dinlərin nümayəndələri isə yalnız ziyarət edə bilərlər".

Lakin görüntülərdə tez-tez İsrail polisinin himayəsi altında olan fanatik yəhudilərin Əl-Əqsaya basqınlar zamanı namaz qıldığı və dini ayinləri yerinə yetirdiyi göstərilir.

aia.az
Tərcümə şöbəsi



Seçilən
110
2
aia.az

3Mənbələr