AZ

Aİ hibrid və kibertəhdidlərlə mübarizədə Ermənistanı dəstəkləməyə hazırdır

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Aİ-yə üzv dövlətlərin xarici işlər nazirləri Azərbaycanla sülh prosesində əldə edilən irəliləyişi yüksək qiymətləndiriblər.

APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Çex Respublikasının Aİ-dəki Daimi Nümayəndəliyinin "X" hesabında məlumat verilib.

Qeyd olunub ki, Aİ ölkələri Ermənistanın hibrid və kibertəhdidlərə, eləcə də dezinformasiyanın yayılmasına qarşı mübarizə aparmaq imkanlarının gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

"Rusiya qarşıdan gələn parlament seçkilərinə təsir göstərməyə çalışacaq", - açıqlamada deyilir.

Aİ-yə üzv dövlətlərin nümayəndələri Ermənistanın sabitliyinə və regionda sülh prosesinə dəstəklərini bir daha təsdiqləyiblər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
6
apa.az

6Mənbələr