AZ

"Orta məktəblərdə şagirdlərə dini və etik biliklər verilməlidir" - Elm və təhsil komitəsinin üzvü

Məktəblərdə din və mənəviyyatla bağlı dərslərin tədrisi ehtiyac məsələsi deyil, daha çox təhlükəsizlik məsələsidir.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun "məktəblərdə din və mənəviyyatla bağlı ayrıca fənn yaradılmasına böyük maraq olarsa, dövlət standartlarına təklif edilə bilər" fikirlərinə münasibət bildirərkən dedi.

"Yəni, biz bu məsələyə təhlükəsizlik prizmasından yanaşmalıyıq. Hər halda, məktəblərdə bu sahəyə böyük ehtiyac, tələb və maraq var. Lakin bəzən bu mövzu orta məktəblərdə yanlış anlaşılır. Sanki burada məqsəd dini ehkamların öyrədilməsi və ya dinin tədrisidir. Əslində isə söhbət orta məktəblərdə din haqqında məlumat və bilik verməkdən gedir. Bizim məqsədimiz şagirdlərə sadəcə məlumat ötürməkdir. Bu məsələyə, bu kontekstdən yanaşmalıyıq", - deyə müsahibimiz vurğuladı.

Millət vəkilinin fikrincə, orta məktəblərdə şagirdlərə dini və etik biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərə məruz qalmasınlar:

"Burada əsas məqsəd budur: şagirdləri zərərli təsirlərin qurbanı olmasından qorumaq. Məhz bu hədəf və məqsəd nəzərə alınaraq, bu prosesi düzgün şəkildə idarə etməliyik. Mən düşünürəm ki, orta məktəblərdə uşaqlara bu cür məlumat və biliklər verilməlidir ki, onlar gələcəkdə zərərli təsirlərin altına düşməsinlər. Biz bu məsələyə, bu nöqteyi-nəzərdən yanaşmalıyıq".

Xədicə BAXIŞLI

Seçilən
84
1
redaktor.az

2Mənbələr