ain.az, Redaktor.az portalına istinadən məlumat verir.
Qırğızıstan və Özbəkistandan sonra Meksikada da elektron siqaretlərin satışı qadağan edilib.
Sağlamlıq cəhətdən Azərbaycanda da belə bir qadağaya ehtiyac varmı?
Redaktor.az-a danışan həkim-pulmonoloq Romella Osmanova bildirdi ki, bu qərar ölkə rəhbərliyi səviyyəsində verilməlidir.
"Sağlamlıq hissəsindən danışsaq, təbii ki, cavab gənc nəsil tərəfindən siqaretlərin nəzarətsiz istifadəsi onların sağlamlığına birbaşa mənfi təsir göstərir".
Pulmonoloq Aynur Məmmədova isə qeyd etdi ki, bu, qadağan edilməlidir, lakin edilmir:

"Bu özü ciddi bir problemdir. Toplu yerlərdə elektron siqaretlərin satışı qadağan edilməlidir. Rahat formada satış 13-14 yaşlı yeniyetmələrin bundan istifadəsinə şərait yaradır".
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.