Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.
APA xəbər verir ki, bu barədə Gültəkin Hacıbəyli sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, bu gün ona 5 il müddətinə Türkiyədən deport olunması ilə bağlı rəsmi qərar təqdim olunub.