AZ

"Ukraynaynın NATO-ya üzv olmasına Rusiya imkan verməyəcək" - Hərbi ekspert

"Rusiya daha əvvəl də ABŞ və digər ölkələrlə birlikdə Ukraynaya təhlükəsizlik zəmanəti vermişdi. Bu təhlükəsizlik zəmanəti qarşılığında Ukraynanın əlində olan nüvə silahları ölkə ərazisindən çıxarılmışdı".

Bu fikirləri Redaktor.az-a hərbi ekspert Ədalət Verdiyev Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ ilə ikitərəfli razılaşma və Rusiyanın yenidən hücum etməməsi üçün Avropa İttifaqı və digər ölkələrdən zəmanət təmin ediləcəyi təqdirdə, Şimali Atlantika Alyansına daxil olmaqdan imtina edəcəkləri haqqında verdiyi açıqlamadan danışarkən bildirdi.

Onun sözlərinə görə, bu zəmanətlərin heç biri zərurət yarandığı təqdirdə həyata keçmədi və nəticədə Ukraynanın böyük əraziləri işğal altına düşdü, daha böyük ərazilər isə tamamilə darmadağın oldu.

"İndiki məqamda növbəti dəfə belə zəmanətlərin verilməsi, xüsusilə də əgər bu zəmanətlərdə Rusiya da üzərinə hansısa öhdəliklər götürəcəksə, təbii ki, bu zəmanətlərə etibar etmək olmaz.

Hazırda Ukrayna bu müharibədə daha çox işğala məruz qalan, daha çox itkilər verən tərəfdir. Onun hansısa şərtlər səsləndirməsi və bu şərtlərin həyata keçirilməsi o qədər də real görünmür. Üstəlik, Ukraynanın Şimal Alyansına, yəni NATO-ya üzv olmasına Rusiya imkan verməyəcək. Belə bir məsələ ortaya çıxarsa, Rusiya yenidən döyüş əməliyyatlarını bərpa edəcək".

Aytəkin TOFİQQIZI

Seçilən
74
1
redaktor.az

2Mənbələr