Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ağcakənd kəndində qeydə alınıb.
Kənd sakini, 1978-ci il təvəllüdlü Zamin Zeynalov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı şəraitdə baş verdiyi müəyyənləşdirilir.