AZ

Avropa İttifaqı rusiyalı jurnalistlərə və politoloqlara sanksiyalar tətbiq etdi

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aİ Şurası "Birliyin, onun üzv dövlətlərinin və tərəfdaşlarının təhlükəsizliyini, sabitliyini və demokratik təməllərini təhdid etməkdə və sarsıtmaqda" məsul hesab etdiyi bir qrup şəxs və təşkilata qarşı Rusiya əleyhinə sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, siyahıda amerikaşünaslıq üzrə ixtisaslaşmış politoloq və MGIMO-nun Beynəlxalq Münasibətlər fakültəsinin dekanı Andrey Suşentsov, politoloqlar Dmitri Suslov və İvan Timofeev, jurnalistlər Fyodor Lukyanov və Andrey Bıstritski və ukraynalı jurnalist Diana Pançenko yer alır.

Sanksiya siyahısına həmçinin Rusiya mediası ilə əməkdaşlıq edən və ya Rusiyaya rəğbət bəsləyən bir neçə QRU MO əməkdaşı və əcnəbilər də daxildir.

Siyahıya 142-ci Elektron Hərb Batalyonu və Beynəlxalq Russofil Hərəkatı da daxil edilib.

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
bakivaxti.az

2Mənbələr