AZ

Yeni ildə sərfəli qiymətlə hansı ölkələrə səfər etmək olar? Turizim ekspertindən TÖVSİYƏ

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Qarşıdan Yeni il bayramı gəlir. Bayramı maraqlı qeyd etmək istəyən bəzi vətəndaşlarımız xarici ölkələrə üz tutmaq niyyətindədirlər.

Bəs sərfəli qiymətlərlə hansı ölkələrə səfər etmək mümkündür?

Redaktor.az-a danışan turizim eksperti Rəhman Quliyev bildirdi ki, qarşıdan Yeni il bayramı gəldiyi üçün vətəndaşlarımıza həm uyğun qiymətli, həm də maraqlı səfər istiqamətləri kimi bir neçə ölkəni tövsiyə etmək olar:

"İlk növbədə Gürcüstan çox yaxşı seçimdir. Xüsusilə Tbilisi və Batumi Yeni il ərəfəsində bayram ab-havası, münasib qiymətləri və yaxın məsafəsi ilə fərqlənir. Bundan əlavə, Türkiyə hər zaman populyardır. İstanbul, Kapadokiya və Bursa kimi şəhərlər həm alış-veriş, həm də yeni il proqramları baxımından cəlbedicidir.

Ekspertin sözlərinə görə, daha fərqli mədəniyyət görmək istəyənlər üçün Balkan ölkələri - xüsusilə Serbiya və Monteneqro - münasib qiymətlər və maraqlı yeni il tədbirləri ilə seçilir.

"Bir qədər daha büdcəli, amma ekzotik seçim kimi isə Misir və BƏƏ (Dubay) də tövsiyə oluna bilər. Bu ölkələrdə həm istirahət, həm də bayram əhval-ruhiyyəsi yüksək səviyyədə olur. Ümumilikdə, vətəndaşlarımız büdcələrinə və maraqlarına uyğun olaraq bu istiqamətlərdən rahatlıqla seçim edə bilərlər", - deyə Rəhman Quliyev vurğualdı.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
48
1
redaktor.az

2Mənbələr