Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Çindən Azərbaycanabirbaşa xarici investisiyaların həcmi 19,070 milyon ABŞ dollarıtəşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 7,711milyon dollar və ya 67,9% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində Çindən olan investisiyaların payı 0,4% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində Çiniqtisadiyyatına 9,820 milyon dollar sərmayə qoyub ki, bu, ötən ilineyni dövrü ilə müqayisədə 7,162 milyon dollar və ya 3,7 dəfəçoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Çinə yatırılanAzərbaycan investisiyalarının xüsusi çəkisi 0,5% olub.
2024-cü ilin ilk 9 ayı ərzində Çindən Azərbaycana birbaşa xariciinvestisiyaların ümumi həcmi 11,359 milyon dollar, Azərbaycandanisə bu ölkəyə yatırımların həcmi 2,658 milyon dollar təşkiletmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.