Binəqədidə 2 avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb.
"Yeni Sabah" FHN-ə istinadla xəbər verir ki, Mir Cəlal küçəsi, 63A ünvanında yerləşən Ülvi Məmmədov və İlkin Əlişzadəyə məxsus avtomobil təmiri sexlərində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu baxımdan, həmin sexlərin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Telegram kanalımız