Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dekabrın 18-də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinləri ilə görüşəcək.
Doğru.az xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb. Bildirilib ki, qəbul zamanı nazir həmin bölgələrdə nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətlərini dinləyəcək.
Vətəndaşlar qəbula dekabrın 17-dək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655), elektron poçt ünvanı ([email protected]), eləcə də 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazıla bilərlər.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin dekabr ayı üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçiriləcək.
DOĞRU.AZ