AZ

Türkiyədən Qətərə polad ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025-ci ilin yanvar – noyabr aylarında Türkiyədən Qətərə polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 68,6 faiz azalaraq, 8 milyon 194 min 81 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Türkiyə 2025-cü ilin noyabr ayında Qətərə polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq,749 min 29 dollara çatdırıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq, 15 milyard 38 milyon 404 min dollara bərabər olub.

“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 319 milyon 263 min dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində ( noyabr 2024- noyabr 2025) Türkiyə 16 milyard 471 milyon 981 min dollar məbləğində poladixrac edib.


Seçilən
17
49
turkic.world

10Mənbələr