Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Amerika BirləşmişŞtatlarından (ABŞ) Azərbaycana birbaşa xarici investisiyalarınhəcmi 133,240 milyon ABŞ dolları təşkil edib.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,082milyon dollar və ya 30,4% çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumihəcmində ABŞ-dən olan investisiyaların payı 2,8% təşkil edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində ABŞiqtisadiyyatına 117,398 milyon dollar sərmayə qoyub ki, bu, ötənilin eyni dövrü ilə müqayisədə 71,112 milyon dollar və ya 2,5 dəfəçoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılanAzərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində ABŞ-dən Azərbaycana birbaşaxarici investisiyaların ümumi həcmi 102,158 milyon dollar,Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 46,286 milyon dollartəşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəkigöstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artımdeməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya47,7% çoxdur.