AZ

Meydançanın vəziyyətinə görə çətinlik çəkdik" - Jorj Kaşkilya

style='margin-bottom:10px;'>

"Nəticə istədiyimiz kimi olmadı. Çünki biz qələbəyə daha çox layiq idik. 90 dəqiqə ərzində daha istəkli, mübarizə aparan tərəf "İmişli" idi".

QOL.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 15-ci turunda "Karvan-Yevlax"la 1:1 hesablı heç-heçə etməkləri barədə danışarkən deyib. O, görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasından razı qaldığını söyləyib: 

"Hava şəraitinə görə meydançanın vəziyyəti yaxşı deyildi. Buna görə də oyunu qurmaq çətin olurdu. Ümumi olaraq komandamdan razıyam. Birinci hissədə 4-5 təhlükəli qol epizodu yaratdıq. Amma yalnız 1 qol vura bildik. İlk yarıda oyunu bitirmək olardı. Amma bu, futboldur. Əks-hücumda qol buraxdıq. İkinci hissədə də komandam istəkli idi. Hücum qururduq, qol axtarırdıq. Qələbə qolunu vurmaq üçün çox çalışdıq. Meydançanın vəziyyəti ikinci yarıda daha da pis idi. Texnikalı komanda olduğumuz üçün bu cür meydanda oyun qurmaqda çətinlik çəkirdik. Göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Komanda çətin şəraitə baxmayaraq meydanda maksimumunu ortaya qoydu. 3 xal istəyirdik, amma 1 xal da pis deyil".

Seçilən
51
8
teleqraf.com

10Mənbələr