İtaliyalı futbol mütəxəssisi və “Roma” klubunun sabiq kapitanı Daniele De Rossi sosial şəbəkələrə münasibəti ilə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, De Rossi bildirib ki, onun üçün sosial şəbəkələr faktiki olaraq mövcud deyil və bu platformalar insan psixologiyasına mənfi təsir göstərir:
“100 şərh oxusanız və hətta yazılanların yalan olduğunu bilsəniz belə, bu yenə də insana pis təsir edir. Sosial şəbəkələr zəhərdir”, – deyə De Rossi vurğulayıb.
O, futbolçu olduğu dövrdə də bu mövqedə qaldığını qeyd edib:
“‘Roma’da oynadığım vaxt mənim haqqımda pis sözlər yazırdılar, amma mən buna fikir vermirdim”.
De Rossi əlavə edib ki, onun üçün həqiqi azarkeşlər sosial mediada deyil, stadion tribunalarda olanlardır:
“Real azarkeşlər tribunalarda olanlardır”, – deyə o, Football Italia-ya açıqlamasında bildirib.