AZ

Əməkdar artist: Mənim adımdan istifadə edən o qadın... - VİDEO

Əməkdar artist, "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov sosial şəbəkələrdə adından dələduzluq edildiyini açıqlayıb.

Ölkə.Az xəbər verir ki, bununla bağlı video çəkən aktyori insanları ayıq-sayıq olmağa çağırıb:

“İndicə qohumlarımdan xəbər aldım ki, bir qadın “TikTok”da mənim adımdan xəstə üçü pul yığır. Bu, yalandır, dələduzluqdur. Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın. Hüquq-mühafizə orqanlarından xahiş edirəm ki, əgər imkan varsa, bu məsələ hüquqi həllini tapsın. 

Əgər mən doğrudan da kiməsə müraciət etsəm, yalnız , "Planet Parni iz Baku"nun rəsmi səhifəsindən müraciət edə bilərəm. Digər səhifələrdə müraciətimi görsəniz, bilin ki, ya süni intellektdir, ya dələduzluqdur, ya da yalandır”.

Billurə

Seçilən
78
olke.az

1Mənbələr