“Əlbəttə, növbəti amnistiyanı yüksək qiymətləndirirəm. Bu, çox müsbət bir addımdır. Təxminən 20 min insanın bu amnistiya nəticəsində azadlığa çıxması özlüyündə mühüm və müsbət göstəricidir. Ümid edirəm ki, cəmiyyət üçün önəm kəsb edən, ictimaiyyətin diqqət mərkəzində olan işlərlə bağlı da bu addımlar şamil olunacaq”.
Bunu “Yeni Sabah”a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.
Onun sözlərinə görə, bu addım humanist yanaşmanın göstəricisidir:
“Əfv fərmanı olsaydı, kimlərin əfv olunmasını daha çox istədiyimi deyə bilərdim. Amma amnistiya elə bir mexanizmdir ki, azadlığa buraxılma konkret maddələrə əsasən həyata keçirilir. Yəni hansı maddələrə amnistiya şamil olunursa, yalnız həmin maddələr üzrə məhkum edilmiş şəxslər azadlığa çıxa bilər. Məhz buna görə də söhbət 20 minə yaxın insandan gedir”.
S Bənənyarlının sözlərinə görə, əfv fərmanları zamanı, adətən, azad edilən şəxslərin sayı 100 nəfəri keçmir:
“Amnistiya daha geniş miqyaslıdır. Ümid edirəm ki, bu dəfəki amnistiya elə şərtlərlə və elə maddələr üzrə tətbiq olunacaq ki, cəmiyyəti maraqlandıran bir sıra cinayət işləri üzrə məhkum edilmiş şəxslərin də azadlığa çıxması mümkün olsun”.
Xatırladaq ki, PrezidentinMilli Məclisə təqdim etdiyi Amnistiya aktına əsasənümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız