AZ

Qışda istilik və qaz qiymətlərinə güzəşt ediləcək… KONKRET

Konkret.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qış aylarında havaların kəskin soyuması ilə paralel olaraq əhalinin istilik və qazdan istifadəsi artır, bu da kommunal xərclərin yüksəlməsinə səbəb olur. Xüsusilə payız-qış mövsümündə vətəndaşların ailə büdcəsinə düşən yük fonunda istilik və qaz tariflərinə mövsümi güzəştlərin tətbiq olunub-olunmayacağı cəmiyyətdə geniş müzakirə edilir. Bəs, qış aylarında istilik və qaz xərclərinin artması nəzərə alınaraq mövsümi güzəştlər tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli KONKRET.az-a açıqlama verib.

Ekspert bildirib ki, hazırda istilik və qaz tarifləri ilə bağlı hər hansı mövsümi güzəştlərin nəzərdə tutulduğuna dair rəsmi məlumat yoxdur. Onun sözlərinə görə, əksinə, gələn il bəzi tariflərin artırılması ilə bağlı ehtimallar mövcuddur.

“Mövcud vəziyyətdə vətəndaşlara bu istiqamətdə müsbət xəbər vermək mümkün deyil. İstilik və qaz xərcləri ilə bağlı hər hansı güzəştli qərarın gələn il üçün planlaşdırıldığı görünmür”

Qeyd edək ki, qış mövsümündə kommunal xərclərin artması xüsusilə sosial həssas əhali qrupları üçün ciddi maliyyə yükü yaradır. Buna baxmayaraq, hazırkı mərhələdə mövsümi güzəştlərlə bağlı konkret qərar mövcud deyil.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
konkret.az

2Mənbələr