Bakı, 15 dekabr, AZƏRTAC
İordaniya və Qətər Qəzzadan olan xərçəng xəstələrinə yardım məqsədilə 5 milyon dollarlıq müqavilə imzalayıblar.
AZƏRTAC İordaniyanın Petra informasiya agentliyinə istinadla xəbər verir ki, Qətər İnkişaf Fondu münaqişə və fəlakətlərdən təsirlənən insanlara yardım göstərən ən böyük dəstəkçiləridəndir. Əməkdaşlıq İordaniya və Qətərin regional sabitliyi dəstəkləyərək, həssas qrupların ehtiyaclarını ödəmək öhdəliyini əks etdirir.