AZ

Körpə və erkən yaşlı uşaqlar üçün qida formullarına dair sanitariya qaydaları təsdiqlənib

Bakı. Trend:

Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qidaformullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.

Trend-in məlumatına görə, bununla bağlı Qida TəhlükəsizliyiAgentliyinin sədri Qoşqar Təhməzli müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Qaydalar körpə və erkən yaşlı uşaqlar üçünnəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına(bundan sonra – qida formulları) dair tələbləri müəyyən edir.

Bu Qaydaların tələblərinə cavab verən qida formullarınındövriyyəsinə yol verilir.

Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul vəya onun komponenti ionlaşdırıcı şüalanma ilə emaledilməməlidir.

Qida formulları aşağıdakı 2 növə bölünür:

  • Körpələrin ilk 6 (altı) ayında qidaya tələbatının ödənilməsiməqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu (bundan sonra – 1nömrəli qida formulu);
  • Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatınınödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu(bundan sonra – 2 nömrəli qida formulu).

1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinəyalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarınadair tələbləri əhatə etmir.

Seçilən
86
4
az.trend.az

5Mənbələr