AZ

Dövlət universitetlərində bakalavr təhsilini pulsuz etməliyik Məzahir Məmmədli

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Gürcüstanın dövlət universitetlərinə qəbul olunanlar üçün təhsil haqqı magistr səviyyəsində də pulsuz olacaq. Bu barədə müvafiq qərar verilib.

Bəs bunu Azərbaycanda da tətbiq etmək olarmı?

Təhsil eksperti Məzahir Məmmədli Redaktor.az-a açıqlamasında bildirdi ki, bu, Azərbaycanda da mümkündür.

"Azərbaycanda ötən il magistratura səviyyəsinə, hətta dövlət tərəfindən maliyyələşən plan yerlərində mindən artıq boş yer qalmışdı. Artıq Azərbaycanda magistratura pilləsinə diqqət azalıb. Ümumi plan yerlərinin çoxu ödənişsiz olarsa, bu sahəyə ən azından müəyyən qədər diqqət ayrılmış olar".

Müsahibimizin sözlərinə görə, əslində biz dövlət universitetlərində bakalavr təhsilini də pulsuz etməliyik:

"Adından da bəlli olduğu kimi, bunlar dövlət universitetləridir. Yəni özəl universitetlərdə qiymətləri özləri müəyyənləşdirirlər. Amma dövlət universitetlərində həm bakalavr, həm də magistr dərəcələrinin ödənişsiz olması universitetlərin öz əlavə gəlirləri hesabına təmin oluna bilər. Bir sözlə, Azərbaycanda da bu mümkündür".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
1
redaktor.az

2Mənbələr