AZ

II Liqa: "Qaradağ Lökbatan"ın rəqibi oyuna gəlmədi, "Şəmkir" "Quba" ilə bacarmadı

Azərbaycan II Liqasında XIII tur start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun açılış günündə 2 matç baş tutub. 

Halbuki, bu gün 3 görüş keçirilməli idi. 

Şərikli lider "Qaradağ Lökbatan"ın "Şəki Siti" ilə görüşü baş tutmayıb. Bölgə təmsilçisi Lökbatanda keçirilməsi planlaşdırılan oyuna gəlməyib. Şəkililər maddi sıxıntı ilə bağlı rəhbərliyə etiraz olaraq matça çıxmayıblar. 

Keçirilən oyunlara gəlincə, "Araz derbisi"ndə “Araz Saatlı” ilə “Kür-Araz” münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə darmadağın qeydə alınıb. "İmişli" təmsilçisi səfərdən böyük hesablı qalibiyyətlə ayrılıb.

Günün son matçında isə "Şəmkir" "Quba"nı qonaq edib. Qonaqlar minimal hesablı qalibiyyətə seviniblər.

Azərbaycan II Liqası
XIII tur
15 dekabr

“Araz Saatlı” – “Kür-Araz” 1:4
Qollar:
Y.Yusubov, 48 - E.Məmmədov, 7; 88. B.Əliyev, 21; 31.

“Şəmkir” – “Quba” 0:1
Qollar:
 Q.Sabirli, 84.

14:00. “Qaradağ Lökbatan” – “Şəki Siti” - Qonaq komanda oyuna gəlməyib
Hakimlər: Elvin Bayramov, Ruslan Babayev, Tural Bayramov, Nəriman Ağayev.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.

Seçilən
101
fanat.az

1Mənbələr